XƏBƏR
23:25

  Yaponiya Azərbaycan vətəndaşlarına çoxdəfəlik viza verilməsi prosesini sadələşdirib

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Yaponiya bu ilin oktyabr ayından Azərbaycan vətəndaşlarına çoxdəfəlik viza verilməsi prosesini sadələşdirib.

Agyol.az xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Teryuki Katori Yaponiya imperatorunun doğum gününə həsr olunmuş tədbirdə bildirib.

Səfir qeyd edib ki, hər il təxminən 30 milyon turist Yaponiyaya səfər edir. Diplomatın sözlərinə görə, turistlərin axını artmaqdadır.

Tədbirdə iştirak edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev isə əlavə edib ki, iki ölkə arasında hər zaman dostluq və tərəfdaşlıq münasibətləri olub: "Azərbaycan və Yaponiya dünyada sülh və təlükəsizliyə həmisə töhfə verib. Yaponiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi mühümdür".

 




  Yayım tarixi :22 Noyabr 2018   23:25

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .