XƏBƏR
15:46

  Türkiyə prezidentinin mətbuat katibi: Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını azad etməlidir

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməlidir. Agyol.az-ın məlumatına görə, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Ankarada Türkiyə və Rusiya arasında gələcək münasibətlərə həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Mətbuat katibi həmçinin qeyd edib ki, işğal olunmuş Azərbaycan torpaqlarını azad etmək Ermənistanın özünün xeyrinə olacaq.

İ.Kalının sözlərinə görə, Rusiya da Dağlıq Qarabağ münaqişəsinin həllində böyük məsuliyyət daşıyır.

Türkiyə prezidentinin mətbuat katibi vurğulayıb: "İşğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında çox vacibdir".

 




  Yayım tarixi :22 Noyabr 2018   15:46

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .