XƏBƏR
11:45

  Prezident Türkmənistanda danışıqlardadır - FOTO + YENİLƏNİB

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Noyabrın 22-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Agyol.az-ın xəbərinə görə, prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri davam edir.


10:52

Noyabrın 22-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.

Agyol.az-ın xəbərinə görə, prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri davam edir.


10:46

Noyabrın 22-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Aşqabaddakı Müstəqillik Meydanında rəsmi qarşılanma mərasimi olub.

Agyol.az, xəbər verir ki, Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı meydanda prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib. Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndirilib.

Azərbaycan prezidenti İlham Əliyev Türkmənistan əsgərlərini salamlayıb. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkmənistanın dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Aşqabadda akkreditə olunmuş səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova təqdim edilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

Sonra prezidentlər rəsmi foto çəkdiriblər.





  Yayım tarixi :22 Noyabr 2018   11:45

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .