XƏBƏR
10:16

  Millətlər Liqasında 2020/21 mövsümünün təqvimi

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı
UEFA Millətlər Liqasında 2020/21 mövsümünün təqvimini açıqlanıb.

Agyol.az xəbər verir ki, yarışa 2020-ci ilin sentyabr ayında start veriləcək. Qrup mərhələsi noyabrda başa çatacaq. Turnirin final mərhələsi 2021-ci ilin iyununda keçiriləcək. "AVRO-2020"nin pley-off mərhələsinin oyunları isə 2020-ci il 26-31 mart tarixlərində olacaq.
2020/21 mövsümünün püşkatma mərasimi 2020-ci ilin yanvar və ya fevral ayında baş tutacaq.
Qeyd edək ki, milli komandamız Cənubi Kipr, Litva, Estoniya, Andorra, Ermənistan, Cəbəllütariq, Qazaxıstan, Latviya, Lixtenşteyn, Lüksemburq, Sloveniya, Malta, Moldova, San Marino və Farer adaları ilə birlikdə D Liqasında mübarizə aparacaq.
Millətlər Liqası
2020/21 mövsümü
Qrup mərhələsi
1-ci tur: 3-5 sentyabr 2020-ci il
2-ci tur: 6-8 sentyabr 2020-ci il
3-cü tur: 8-10 oktyabr 2020-ci il
4-cü tur: 11-13 oktyabr 2020-ci il
5-ci tur: 12-14 noyabr 2020-ci il
6-cı  tur: 15-17 noyabr 2020-ci il




  Yayım tarixi :22 Noyabr 2018   10:16

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .