XƏBƏR
13:59

  Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin növbəti görüşü Türkiyədə keçiriləcək

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin növbəti üçtərəfli görüşü 2019-cu ildə Türkiyədə keçiriləcək.

Agyol.az-ın məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Müdafiə naziri bildirib ki, Türkiyə dövlətinin dəvətindən sonra görüşün tarixi müəyyənləşəcək.

Z.Həsənov görüşün üç qardaş ölkə rəhbərlərinin tapşırıqları əsasında baş tutduğunu bildirib.

Nazir qeyd edib ki, görüş vaxtı regionda hərbi-siyasi vəziyyət müzakirə edilib: "Görüş 3 qardaş ölkə əməkdaşlığının strateji səviyyədə olmasını təsdiq edir. Görüşün məqsədi 3 qardaş dövlətin regionda həyata keçirilən strateji, iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, eləcə də bölgədə sülhün və sabitliyin qorunmasına dəstək verməkdir".

Z.Həsənov qeyd edib ki, görüşdə işçi qrupunun bir neçə il ərzindəki fəaliyyəti də dinlənilib: "Görüşdə üçtərəfli formatda hər üç ölkənin ordularının daha yüksək səviyyədə əməkdaşlığı təsdiq edildi. Hərbi, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi planlaşdırıldı. Üçtərəfli komanda qərargah təlimləri hazırda Türkiyə ərazisində keçirilir, bu ildən etibarən təlimlərdə hərbi gücdən istifadə olunur".

 




  Yayım tarixi :21 Noyabr 2018   13:59

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .