XƏBƏR
12:53

  Azərbaycan taekvandoçuları vətənə medalla dönüblər - FOTOLAR

Gündəm

Xəbər lenti
19 Fevral 10:14Manatın MƏZƏNNƏSİ

17-18 noyabr  tarixlərində Ukraynanın Kiyev şəhərində keçirilən  “Open Kiev” adlı beynəlxalq taekvando müsabiqəsində 7 ölkədən olan  800 idmançı arasından Azərbaycan taekvandoçularının hamısı vətənə medalla dönüblər.


Agyol.az xəbər verir ki, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Ruminya və Latviyanın iştirak etdiyi müsabiqədə Azərbaycanın “Grandmaster” və “Abşeron” taekvando idman klubları iştirak edib.

Azərbaycanı təmsil edən “Grandmaster” taekvando klubunun idmançıları Fatimə İsmayılzadə, Nigar Abdullayeva və  Xədicə İsmayılova 1-ci yerin qalibi olublar. Digər yerli iştirakçı klub “Abşeron”un döyüşçüləri Səadət Abasova 1-ci yer, Əliağa Abasov 2-ci yer, Mədinə Səfərova isə 3-cü yeri qazanıblar.

“Grandmaster” taekvando idman klubunun rəhbəri Cavanşir Mirzayev “bu uğurlarımız bayraq gününə təsadüf etdi, vətənimizi təbrik etdik” bildirib.



 

 




  Yayım tarixi :21 Noyabr 2018   12:53

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .