Noyabrın
21-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə
səfərdə olan Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar
Güler ilə görüşüb.
Agyol.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, tərəflər regional təhlükəsizlik, hərbi,
hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlıq, birgə hərbi
təlimlərin keçirilməsi, hərbi mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili
və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi
aparıblar.