XƏBƏR
11:26

  Baş Qərargah rəisi: Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi əlaqləri strateji səviyyəyə çatıb

Gündəm

Xəbər lenti

Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi əlaqələri mükəmməl şəkildə genişlənir.

Agyol.az xəbər verir ki, bunu Bakıda Azərbaycanın müdafiə naziri və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia ilə üçtərəfli görüşündə Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler deyib.

O bildirib ki, hər üç ölkənin hərbi əlaqləri strateji səviyyəyə çatıb: "Hərbi əlaqələrimizi daha da artırmaq üçün əlimizdən gələni edəcəyik. Qardaş Azərbaycanda olmaqdan məmnunam. Bu gün 3 dost və qardaş ölkənin müdafiə rəsmiləri olaraq böyük toplantı keçirmək üçün bir araya gəlmişik. Bu, bizim 3-cü toplantımızdır. Bir-birimizlə həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçirərək bölgədəki vəziyyəti müzakirə edəcəyik. Hərbi əlaqələrimiz mükəmməl şəkildə genişlənir. İnanıram ki, bu gün keçirilən görüşdə çox vacib nəticələr əldə edəcəyik".

 




  Yayım tarixi :21 Noyabr 2018   11:26

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .