Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri Şəhidlər xiyabanını ziyarət ediblər
Üçtərəfli
formatda keçiriləcək görüşdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə
Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerin və Gürcüstan
Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaianın
rəhbərlik etdikləri nümayəndə heyətləri noyabrın 21-də Şəhidlər xiyabanını
ziyarət ediblər.
Agyol.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, qonaqlar Vətənimizin suverenliyi və ərazi
bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə
ucaldılmış “Əbədi məşəl” abidəsi önünə, eləcə də şəhid məzarlarına əklil və gül
dəstələri qoyublar.
  Yayım tarixi :21 Noyabr 2018   10:51
  Xəbərin linki : http://www.agyol.az/xeber.php?id=33166