Gəncədə hərbçi dağıntılar altından belə çıxarıldı - VİDEO
Bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli
yaşayış binasında partlayış baş verib.
Agyol.az xəbər verir ki, Fövqəladə hallar nazirliyindən verilən məlumata görə,
partlayış hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində
dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti
tapılıb, 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu isə yaralı vəziyyətdə
aşkarlanaraq xilas edilib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin
və regionda olan Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli
Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının müvafiq xilasetmə qüvvələri
qeyd olunan ünvanda xilasetmə işlərini həyata keçirirlər.
Axtarış işlərinin sürətləndirilməsi üçün əlavə olaraq
Nazirliyin Xüsusi Ruskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloji qrupu
xüsusi təlim keçmiş itlərlə Aviasiya dəstəsinin helikopteri ilə Bakıdan Gəncə şəhərinə
gətirilmişdir. Əlavə məlumat veriləcək.
  Yayım tarixi :20 Noyabr 2018   10:47
  Xəbərin linki : http://www.agyol.az/xeber.php?id=33127