XƏBƏR
11:17

  Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu

Gündəm

Xəbər lenti

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək (U-23) güləşçilərin dünya çempionatı sona çatıb.

Agyol.az,xəbər verir ki, müəyyən səbəbdən tam heyətlə iştirak edə bilməyən sərbəst güləşçilər son gündə qapını bərk çırpıb.

Bundan əvvəl Əli Rəhimzadənin (-65 kq) ifasında gümüş medal qazanmış güləşçilərimiz son gündə daha iki medalı aktivinə yazdırıb. Belə ki, Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun baş məşqçisi olduğu millimiz qızıl və bürünc medal qazanıb.

Əvvəlcə Murad Süleymanov (-86 kq) bizi sevindirib. 1/8 finalda erməni Hovannes Mxitaryana 10:7 hesabı ilə qalib gəlmiş Murad bürünc medal uğrunda görüşdə kanadalı Aleksander Robert Muru 10:0 hesabı ilə məğlub edib.


92 kq çəki dərəcəsinin qalibi isə Azərbaycan təmsilçisi olub. Şamil Zubairov da ilk görüşündə – təsnifat mərhələsində erməni idmançı Sarqis Hovsepyanı yenib (11:4). Dağıstanlı legionerimizin finaldakı rəqibi Rusiyanı təmsil edən həmyerlisi Aslanbəy Sotiyev olub. Zubairov rəqibinə 13:8 hesabı ilə qalib gəlməklə qızıl medalı boynundan asıb.


Bu, ikinci dəfə keçirilən U-23-lərin dünya çempionatında güləş millilərimizin qazandığı ilk qızıl medal olub. Xatırladaq ki, ötən il Polşada keçirilmiş dünya çempionatında millilərimiz yalnız beş bürünc medal qazanmaqla kifayətlənmişdi.

Qeyd edək ki, güləş millilərimiz ümumilikdə yeddi medal qazanıb. Bundan əvvəl yunan-Roma millimiz iki gümüş və bir bürünc, qadın yığmamız isə bir gümüş medala yiyələnmişdi.




  Yayım tarixi :19 Noyabr 2018   11:17

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .