XƏBƏR
10:24

  Büdcə müzakirələri yenidən başlayır - İKİNCİ OXUNUŞ

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Sabah Milli Məclisin (MM) komitələrində 2019-cu ilin büdcə zərfinə daxil olan qanun layihələrinin növbəti müzakirəsi keçiriləcək.

Agyol.az-ın xəbərinə görə, bu dəfə millət vəkilləri büdcə zərfini ikinci oxunuşda müzakirə edəcəklər.

İkinci oxunuşun ilkin müzakirələri beş komitənin - İqtisadi siyasət, Sənaye və sahibkarlıq, Aqrar siyasət, Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, ekologiya və energetika, həmçinin, Dini qurumlar və ictimai birliklər komitələrinin bircə iclasında keçiriləcək.

Komitələrin birgə iclasına MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə sədrlik edəcək.

İclasda komitə üzvləri ilə yanaşı, maliyyə naziri və onun müavini, əmək və əhalinin sosial müdafiəsi naziri, həmçinin, digər nazirlik və dövlət qurumlarının rəhbər şəxsləri iştirak edəcəklər.

Müzakirələrdən sonra büdcə zərfi plenar iclasın ikinci oxunuşuna tövsiyə olunacaq.

Büdcə müzakirələrinə bütövlükdə noyabrın 30-da yekun vurulacaq.

Qeyd edək ki, 2019-cu ilin büdcəsi 24 milyard 780 milyon manatdır.




  Yayım tarixi :19 Noyabr 2018   10:24

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .