Bu gündən orta məktəblərdə
2018-2019-cu tədris ilinin payız tətili başlayıb.
Agyol.az xəbər verir ki, Təhsil
Naziliyindən verilən məlumata görə, payız
tətili 5 gün - 16-20 noyabr tarixlərini əhatə edəcək.
Dərs ilinin növbəti tətlili qışa təsadüf edəcək. Belə ki, 5 günlük qış tətili
27-31 yanvar tarixlərində olacaq.
Bu dərs ilində ibtidai siniflər üçün 5 gün əlavə tətil (1-5 may) də
nəzərdə tutulub.
Xatırladaq ki,
ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa
çatır. Dərs ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1
fevral - 14 iyunu əhatə edir.