XƏBƏR
21:13

  İlham Əliyev 8 sərəncam, 1 fərman imzaladı

Gündəm

Xəbər lenti

Azərbaycan Respublikası Prezidenti Qusar rayonunun Qusar–Əniq–Laza avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.


Agyol.az sərəncamın mətnini təqdim edir:

1. İyirmi səkkiz min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Qusar–Əniq–Laza avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,6 milyon (altı milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.


Sərəncamda qeyd olunur:

Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Qasımov Əflatun Allahyar oğlu

Quliyev Hüsnü Ələkbər oğlu

Məmmədov Aqibət İdris oğlu

“Tərəqqi” medalı ilə

Əliyev Amil Məhəmməd oğlu

Əmirov Çingiz Aydın oğlu

Gülgəzov Fərhad Aşır oğlu

Həmzəyev Müseyib Mürsəl oğlu

Həsənov Zaur Mail oğlu

İbrahimov Valeh Firudin oğlu

Qarayev Coşqun Əlövsət oğlu

Mirzəbəyov Əhməd Əzizxan oğlu

Musayev Fazil Kamal oğlu

Səfərov Afiq Surxay oğlu.


Azərbaycan Respublikası Prezidenti Şükür Astanova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.


Sərəncamda qeyd olunub:

1. Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə Şükür İsmayıl oğlu Astanova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.


Sərəncamda qeyd olunub:

1. Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu il 16–18 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Əli Həsənov

- Azərbaycan Respublikası Baş nazirinin müavini

Təşkilat Komitəsi sədrinin müavini

Ramil Usubov

- Azərbaycan Respublikasının daxili işlər naziri

Təşkilat Komitəsinin üzvləri

Elmar Məmmədyarov

- Azərbaycan Respublikasının xarici işlər naziri

Samir Şərifov

- Azərbaycan Respublikasının maliyyə naziri

Oqtay Şirəliyev

- Azərbaycan Respublikasının səhiyyə naziri

Fikrət Məmmədov

- Azərbaycan Respublikasının ədliyyə naziri

Ceyhun Bayramov

- Azərbaycan Respublikasının təhsil naziri

Azad Rəhimov

- Azərbaycan Respublikasının gənclər və idman naziri

Əbülfəs Qarayev

- Azərbaycan Respublikasının mədəniyyət naziri

Zakir Qaralov

- Azərbaycan Respublikasının Baş prokuroru

Səfər Mehdiyev

- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Mədət Quliyev

- Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Elçin Quliyev

- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Nuşirəvan Məhərrəmov

- Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri

Azay Quliyev

- Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Fidumə Hüseynova

- Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

Rauf Zeyni

- Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti.

2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Təşkilat Komitəsi 2019-cu il 16–18 aprel tarixlərində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakı şəhərində keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əvəz Qocayevə “Əməkdar mühəndis” fəxri adı verilməsi haqqında sərəncam imzalayıb.


Sərəncamda qeyd olunub:

Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında 


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.


Sərəncamda qeyd olunub:

1. Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etsin.


Prezident İlham Əliyev “Torpaq bazarı haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1287-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.


Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Torpaq bazarı haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1287-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Torpaq bazarı haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdı




  Yayım tarixi :15 Noyabr 2018   21:13

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .