XƏBƏR
16:19

  Bakı kəndlərindən gələn avtobusların dayanacaq yeri dəyişdirilir - FOTO

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Agyol.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi MaisAğayev bildirib.

 

O qeyd edib ki, məqsəd, Nəqliyyat Mübadilə Mərkəzinin ərazisində sərnişinlərə həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri infrastrukturun yaradılmasıdır:

 

“Təmir müddətində Mərkəzin fasiləsiz fəaliyyətini təmin etmək üçün ətraf kənd və qəsəbələr üzrə müntəzəm marşrut avtobusları Milli Gimnastika Arenasının dayanacaq məntəqəsində, yəni “Koroğlu” metrostansiyasının piramidalı çıxışının arxasında toplanacaq. Artıq qeyd edilən ərazidə hərəkətin təhlükəsizliyi üçün müvafiq şəraitin yaradılmasına başlanılıb”.

 

M.Ağayevin sözlərinə görə, bu işlər yekunlaşdıqdan sonra Nəqliyyat Mübadilə Mərkəzi qeyd edilən əraziyə köçürüləcək. 

 




  Yayım tarixi :15 Noyabr 2018   16:19

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .