XƏBƏR
15:36

  Bakı - Sumqayıt - Bakı qatarının hərəkəti məhdudlaşdırılır

Gündəm

Xəbər lenti

Texniki səbəblərə görə noyabrın 16-ında Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək.

 

Agyol.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyətiİctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

 

S.Qədriova qeyd edib ki, noyabrın 16-sı Bakıdan saat 08-00-da yola düşən 6001, saat 08-30-da yola düşən 6003 və saat 08-55-də yola düşən 6005 nömrəli elektrik qatarlarının, Sumqayıtdan isə saat 08-50-də yola düşən 6010, saat 09-17-də yola düşən 6012 və saat 09-50-də yola düşən 6014 nömrəli elektrik qatarlarının hərəkəti bir reysə üzrə ləğv edilir”.

 

Onun sözlərinə görə, göstərilən qatarlar müvəqqəti hərəkətdə olmayacaqlar.

 




  Yayım tarixi :15 Noyabr 2018   15:36

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .