XƏBƏR
15:32

  Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın iclası keçirilib

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Moskvada Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib.

Agyol.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə əlaqədar məsələlər üzrə müzakirələr keçirilib, 2019-cü il üçün Komissiyanın iş planı təsdiq olunub və iclasın protokolu imzalanıb.

Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda baş tutub.

Birgə Komissiyanın növbəti iclasının Azərbaycan Respublikasının ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

 




  Yayım tarixi :15 Noyabr 2018   15:32

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .