XƏBƏR
21:59

  Sabahdan DYP minlərlə sürücünü bu xətaya görə cərimələyəcək

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Avtomobillərdə pərdə və jalüzlərdən istifadə müddəti başa çatır.


Sabahdan avtomobillərdə pərdə və jalüzlərdən istifadə üçün icazə müddəti başa çatır.


"Yol hərəkəti haqqında" qanuna edilən 1 saylı əlavənin tələbinə əsasən, nəqliyyat vasitəsinin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka və digər qurğuların quraşdırılaraq istismarı yolverilməzdir. Məsələ ilə bağlı AzNews.az-a danışan ekspert Elməddin Muradlı bildirib ki, nəqliyyat vasitələrində jalüz tipli pərdələrin istifadəsinə noyabrın 15-indən sonra qadağa qoyulur. Bu qadağa mayın 1-nə kimi qüvvədə olacaq.


“Bu Standartlaşdırma, Metralogiya və Patent üzrə Dövlət Agentliyinin qərarıdır. Mövsümlə əlaqədar olaraq, günəş şüalarından qorunmaq üçün bu zaman çərçivəsində icazə verilir. Sabah artıq son gündür. 16-dan etibarən yol polis əməkdaşları bu cür vasitələrdən istifadə edən sürücülərə qarşı inzibati protokol tərtib edəcək. Bunun da cəriməsi İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsi ilə tənzimlənir və 150 manatdır. Düşünürəm ki, bu, çox əhəmiyyət daşımayan bir qərardır. Beynəlxalq qanunvericiliyə nəzər salsaq, görərik ki, əksər ölkələrdə sürücüdən arxada qalan şüşələrə hər hansı bir örtücü vasitənin çəkilməsi qadağa deyil. Lakin bizdə formal qaydada bu qadağa tətbiq olunur və düşünürəm ki, lazımsız bir şeydir. Mənə elə gəlir ki, bu məsələ ilə bağlı birdəfəlik qərar verilməlidir. Yəni icazə verilirsə, bütün il boyu olsun, müəyyən aylarda qadağaya ehtiyac yoxdur”.


Qeyd edək ki, hər il mayın 1-dən noyabrın 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə standarta uyğun sənaye üsulu ilə hazırlanmış jalüzlərin vurulmasına icazə verilir.

Səidə Nurməmmədli,




  Yayım tarixi :14 Noyabr 2018   21:59

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .