XƏBƏR
14:31

  2019-cu ilin büdcə layihəsi 1-ci oxunuşdan keçdi

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin layihəsi bu gün Milli Məclisdəki müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib. 

Agyol.az-ın məlumatına görə, noyabrın 13-ü və 14-də "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında"  Qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb. Keçirilən iclaslarda deputatlar büdcə sənədi ilə bağlı fikir və təkliflərini səsləndiriliblər. 


Müzakirələrdən sonra “2019-cu il dövlət büdcəsi haqqında" Qanun layihəsi səs qoyularaq, birinci oxunuşda qəbul edilib.

Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat, xərcləri 24 780,1 milyon manat proqnozlaşdırılır. 

Dövlət büdcəsində neftin bir barelinin qiyməti 60 dollar götürülüb.

 




  Yayım tarixi :14 Noyabr 2018   14:31

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .