XƏBƏR
12:50

  Həsənağa Turabovun xatirə gecəsi keçiriləcək

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Noyabrın 15-də Akademik Milli Dram Teatrında Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə xalq artisti Həsənağa Turabovun 80 illik yubileyi ilə bağlı xatirə tədbiri keçiriləcək.


Agyol.az xəbər verir ki, Akademik Milli Dram Teatrından bildirilib ki, xatirə tədbirində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin arxivindən Həsənağa Turabovun həyat və yaradıcılığını əks etdirən fotosərgi təqdim olunacaq, sənətkarın oynadığı tamaşalardan səhnələr nümayiş etdiriləcək.

Anım tədbirinin quruluşçu rejissoru xalq artisti Vaqif Əsədov, rejissor assistentləri Elnur Məmmədov və Tural Mustafayevdir.

Qeyd edək ki, Prezident İlham Əliyev martın 6-da Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Respublika Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Səttar oğlu Turabovun anadan olmasının 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanın çoxəsrlik zəngin mədəni ənənələrindən lazımınca bəhrələnən Həsən Turabov fitri istedadının verdiyi imkanlar sayəsində səhnəyə yeniliklər gətirməklə özünəməxsus üslubunu yaradıb və milli mədəniyyət salnaməsinə parlaq səhifələr yazıb. Sənətkarın çoxsaylı tamaşalarda və ekran əsərlərində böyük ustalıqla canlandırdığı mürəkkəb xarakterli, müxtəlif dünyagörüşlü obrazlar ölkə teatrı tarixinin və kinematoqrafiyasının nailiyyətləri sırasında həmişəlik yer tutmuş qiymətli sənət inciləridir.

 




  Yayım tarixi :14 Noyabr 2018   12:50

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .