Agyol.az xəbər verir ki, sabah, noyabrın 15-də, ölkə ərazisində avtonəqliyyat vasitələri sahiblərinə
və sürücülərə pərdə və jalüzün (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük)
istifadəsi üçün verilmiş icazənin müddəti başa çatır. Azərbaycan
Respublikasının iqlim şəraiti nəzərə alınaraq, hər il mayın 1-dən noyabrın
15-dək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə
icazə verilib.
Ümumi texniki şərtlər" dövlət standartına edilən müvafiq dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı
olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyətinin 70
faizdən az olmaması müəyyənləşdirilib.
Noyabrın 15-də qeyd olunan jalüzlərin icazə verilmiş istifadə müddəti başa
çatır. Bu tarixdən etibarən avtomobillərin arxadakı yan şüşələrində jalüz və ya
görüntünü məhdudlaşdıran digər avadanlıqdan istifadə edilməsinə görə sürücülər
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin
tələbinə əsasən, 150 manat məbləğində cərimə olunacaqlar.