XƏBƏR
10:25

  Milli Məclisdə büdcə müzakirələri davam edəcək

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Agyol.az xəbər verir ki, iclasda 2019-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam etdiriləcək. Ümumilikdə noyabrın 14 və 15-də keçiriləcək iclasının gündəliyinə 11 məsələ daxildir.

Belə ki, iclaslarda "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi, "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsi, "İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi, "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında" qanun layihəsi, "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi, Azərbaycan Respublikası Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında, Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası haqqında, Azərbaycan Respublikası 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında qanun layihəsi, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişiklik, "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanuna dəyişiklik, "Notariat haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılacaq.

 




  Yayım tarixi :14 Noyabr 2018   10:25

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .