Belarus
Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycanın bu ölkədəki səfirini qəbul
etməsi diplomatik protokolda istisna hallardan biridir və bu Azərbaycanla
Belarus arasında münasibətlərin və qarşılıqlı hörmətin yüksək səviyyəli
inkişafının təzahürüdür.
Agyol.az xəbər verir ki, buna Xarici
İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
XİN-nin açıqlamasında
deyilir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
Belarusa gözlənilən səfəri ikitərəfli əlaqələri daha da inkişafına təkan
verəcək və ölkələrimiz arasında dostluğun daha da möhkəmlənməsinə xidmət
edəcəkdir.
O ki qaldı Ermənistan
XİN-in mətbuat katibinin açıqlamasına, dövlət başçıları ilə əlaqədar bu
qəbildən olan fikirlərin səsləndirilməsi diplomatik etika və protokol
qaydalarına ziddir. Hesab edirik ki, KTMT çərçivəsində müttəfiq dövlətlər bu
kimi ifadələrin işlədilməsinə həssaslıqla yanaşmalıdır".
Qeyd edək ki,
Ermənistan XİN-in mətbuat xidmətinin rəhbərinin Belarus Prezidenti və Azərbycan
səfiri arasında keçirilmiş görüşdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı
ilə bağlı məsələlərin müzakirə olunmasını "düzgün olmayan" addım kimi
qiymətləndirib.