XƏBƏR
15:14

  Naxçıvan Qarnizonu qoşunları tam döyüşə hazırolma vəziyyətinə gətirilib

Gündəm

Xəbər lenti

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah hərb oyunları (KQHO) çərçivəsində Əlahiddə Ümumqoşun Ordu komandanının rəhbərliyi altında Naxçıvan Qarnizonu qoşunları tam döyüşə hazırolma vəziyyətinə gətirilib.

Agyol.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, idarəetmə məntəqələri və praktiki fəaliyyətə cəlb edilən bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Birləşmə və hissələrin idarəetmə məntəqələri açılaraq xüsusi ixtisaslar üzrə çağırılmış heyətin praktiki qəbulu həyata keçirilib.

KQHO-nın əsas məqsədi idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsidir.

 




  Yayım tarixi :13 Noyabr 2018   15:14

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .