XƏBƏR
14:36

  Dünyanın ən çox danışılan dilləri

Gündəm

Xəbər lenti

Sizcə dünyada ən çox danışılan dillər hansıdır? Bir çoxunuz bu sualın cavabını “inglis dili” olaraq cavab verəcək, amma əslində belə deyil. Aralarında benqal dili kimi bəlkə də birinci dəfə eşidəcəyiniz, dünyanın ən çox danışılan həmin dillərini sizə təqdim edirik.

Fransız dili

Dünyanın ən romantik ölkəsinin ən romantik dili: fransız dili. Bu dil sadəcə Fransanın yerləşdiyi Avropanın cənubunda deyil, həm də Afrika, Kanada və Qərbi Hind Adalarında da danışılır. Təxmini danışan insan sayı: 129 milyon

Türk dili

Türk dili və ləhcələri Balkanlardan Rusiyanın Yakutsk Respublikasına qədər geniş miqyasda yayılıb. Türkiyə, Azərbaycan Türkmənistan, Qazaxıstan kimi bir çox ölkələrdə danışılan dillər də türk dili hesab olunur. Təxmini danışan insan sayı: 190 milyon

Portuqal dili


XII əsrdə İspaniya müstəqilliyini elan etdikdən sonra sürətli şəkildə dünyaya yayıldı. Latın Amerikasının həm coğrafi, həm də iqtisadi olaraq ən böyük ölkəsi olan Braziliyanın da rəsmi dili portuqal dilidir. Təxmini danışan insan sayı: 196 milyon

Benqal dili

Banqladeş və Şərqi Hindistanda yaşayan insanların əksəriyyəti bu dildə danışır. Bu bölgənin dünyanın ən sıx insan yaşadığı yer olduğunu nəzərə alsaq, yeddinci dil olması təəccüblü gəlməyəcək. Təxmini danışan insan sayı: 210 milyon

Ərəb dili

Ərəb dili dünyanın ən qədim dillərindən biridir. Səudiyyə Ərəbistanı, Kuveyt, Suriya və Misirin ana dili ərəbcədir. Quranın yazıldığı dil İslam dinin sayəsində Orta Şərqdəki digər dilləri asimilasiya edərək, həm geniş coğrafiyaya yayılmış həm də zənginləşmişdir. Təxmini danışan sayı: 246 milyon

Rus dili

XX əsrdə siyasi cəhətdən önəmli olan rus dili, həm də BMT’nin rəsmi dillərindən biri hesab olunur. Bundan əlavə, rus dili sadəcə Rusiyada deyil, keçmiş SSRİ ölkələrində də danışılır. Təxmini danışan insan sayı: 277 milyon.

İspan dili

Braziliya xaricində bütün Latın Amerikası, Kuba və Şimali Amerikanın bir qismi İspan dilində danışır. İngilis dilində bir çox söz bu zəngin dildən götürüb. Statistikalara əsasən, ispan dili həm də son vaxtlarda ən populyar və öyrənilməyə çalışılan dildir. Bu dil ABŞ və İngiltərənin bəzi univeristetlərdə və məktəblərdə tədris olunmağa başlanılıb. Təxmini danışan insan sayı: 392 milyon

Hind dili


Dünyada ən çox əhali sayı olan ikinci ölkənin rəsmi dilidir. Ən çox Hindu ləhcəsi istifadə olunsa da, xeyli sayda digər ləhcələr mövcuddur. Təxmini hesablamara görə, yaxın gələcəkdə Hindistanın əhalisinin sayı Çini keçəcək. Təxmini danışan insan sayı: 497 milyon

İngilis dili

İngilis dili bəlkə dünyanın ən çox danışılan dili deyil, amma ən populyar dili olduğu aydındır. Amerika, İngiltərə, Avstraliya, Kanada, Yeni Zelandiya, Hon Kong, Sinqapurdan əlavə dünyanın bir çox yerində bu dildə danışan insanlar var. Təxmini danışan insan sayı: 750 milyon

Çin dili (Mandarin)

Düz bir milyard adamın danışdığı dil: mandarin dili. Bu qədər insanın danışdığına görə asan olduğunu düşünməyin. Məsələn, hər bir kəlimənin 4 fərqli deyilmə tərzi var və yeni öyrənənlərin bunları ayırması çətin olur. Mandarin dili Çindən başqa Tayvan və Malaziyada da danışılır. Təxmini danışan insan sayı: 1 milyard

 




  Yayım tarixi :13 Noyabr 2018   14:36

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .