XƏBƏR
14:22

  13 noyabr Beynəlxalq Gözdən Əlillər Günüdür

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

13 noyabr - Beynəlxalq Gözdən Əlillər Günü ilə bağlı Azərbaycanda cəmiyyətin diqqətini görmə qabiliyyətini itirənlərə cəlb etmək üçün müxtəlif tədbirlər keçirilir.

Agyol.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Azərbaycan Gözdən Əlillər Cəmiyyətində tibbi aksiya və seminar keçirəcək. Səyyar Klinikasının həkim heyəti Gözdən Əlillər Cəmiyyətinin üzvlərinə tibbi xidmət göstərəcək. Əvvəlcə göz xəstəliklərinə qarşı profilaktik tədbirlərin görülməsi haqqında seminar keçiriləcək.

Seminarda məqsəd maarifləndirmə işləri aparmaq və bu xəstəliklərə qarşı mübarizə yollarını göstərməkdir. Humanitar aksiyada məqsəd operativ şəkildə pasientləri müayinə-müalicə, hətta cərrahi əməliyyat etməkdir. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdir. Lazım gəldikdə isə ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasientlərin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaratmaqdır.

Hazırda dünyada 7 milyard insandan 300 milyonu müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə korluqdan əziyyət çəkir. Bu rəqəm hər il 45 mindən başlayaraq artır.

 




  Yayım tarixi :13 Noyabr 2018   14:22

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .