XƏBƏR
10:47

  "Spider-Man" və "X-Men"-nin müəllifi vəfat etdi

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

"Marvel Comics"in yaradıcılarından olan Stan Li 95 yaşında vəfat edib.

Agyol.az xəbər verir ki, Hollivud Hildəki evindən təcili yardım onu "Cedars-Sinai” tibbi mərkəzinə aparıb. Qızı onun ölümü haqda xəbəri Reuters”ə təsdiqləyib.

Qeyd edək ki, Stan Li "Spider Man", "Black Panther", "The Hulk", "Doctor Strange", "Thor", "Iron Man", "Daredevil və "the X-Men" kimi əsərlərin müəllifidir.

Li bu ilin fevralında pnevmoniyadan əziyyət çəkirdi.

O həmçinin görmə qabiliyyətinin pozulduğunu və 2016-cı ildən öz yazdığı kitabları oxuya bilmədiyini deyib.

Qeyd edək ki, Marvel 1961-ci ildə Fantastik Dördlüklə öz işinə başladı. Li və onun  həmkarı Cek Kirbinin  yaratdığı super qəhrəmanlar yumoristik kitabların daha çox uşaqlar tərəfindən oxunduğu bir vaxtda nisbətən yaşlı auditoriyaya təqdim edildi.

Li Marvel filmlərində xalqın içərisindən çıxan obrazlar yaratdığına görə tanınmışdı. 2017-ci ildə “Logan” filmində onu yoxluğu hiss edilmişdi.

Əslən Manhattandan olan  Li 1939-cu ildə “Timely Comics”də köməkçi kimi işə başlayıb. O tezliklə Marvelin simasına çevrilir və 1972-ci ildə son əsərini təqdim edərək daha çox naşir kimi işinə diqqət yönəldir.

Atası barədə xatirələrini bölüşən qızı JC Li bildirir ki, Stan Li öz həyatını və gördüyü işi sevirdi.

“Pərəstişkarları və ailəsi də onu sevirdi. O əvəzedilməz idi”-deyə qızı vurğulayıb.

 




  Yayım tarixi :13 Noyabr 2018   10:47

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .