XƏBƏR
21:27

  Slovakiyanın Baş naziri Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

Gündəm

Xəbər lenti

Slovakiyanın Baş naziri Peter Pelleqrini noyabrın 12-də Azərbaycana rəsmi səfərə gəlib.

Agyol.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Slovakiya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Hərbi orkestrin ifasında Slovakiyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Slovakiyanın Baş naziri Peter Pelleqrinini hava limanında Baş nazirin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

 




  Yayım tarixi :12 Noyabr 2018   21:27

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .