XƏBƏR
10:27

  Heydər Əliyev prospekti-Hava Limanı avtomobil yolunda sürət həddi azaldıldı

Gündəm

Xəbər lenti

Bakıda qeyri-sabit hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospektində sürət həddi azaldılıb.


Agyol.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib: "Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik".




  Yayım tarixi :12 Noyabr 2018   10:27

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .