Türkiyədə terror aktı: 2 əsgər həlak olub
Türkiyənin Şırnak vilayətində
terror aktı törədilib. Agyol.az-ın məlumatına görə, PKK terror təşkilatı tərəfdarlarının
əvvəlcədən yola basdırdıqları əldədüzəltmə bombanın partladılması nəticəsində
iki əsgər həlak olub, 5 nəfər isə yaralanıb. Əraziyə əlavə əsgər qüvvəsi göndərilib.
Türkiyə Silahlı Qüvvələrinin qırıcıları isə İraqın şimalında yerləşən
terror düşərgəsini bombalayıb. Hava zərbələri ilə 4 terrorçunun məhv edildiyi
bildirilir.
  Yayım tarixi :12 Noyabr 2018   10:14
  Xəbərin linki : http://www.agyol.az/xeber.php?id=32833