Agyol.az xəbər verir ki,Böyrək bədəndə
bir çox funksiyaları yerinə yetirən əsas orqanlardan biridir. Böyrəklərin
sağlamlığını qorumaq üçün təbii qidaların gücündən faydalanmaq lazımdır.
Böyrəyə faydalı olan qidaları yeməklə xəstəliklərin qarşısını almaq,
böyrəklərin işini daha yaxşı təmin etmək olar.
1. Qatıq
Kalsium və D vitamini baxımından zəngin olan qatıq böyrək
sağlamlığında mühüm rol oynayan qidalardan biridir. Xüsusilə yemək aralarında
yeyilən qatığın böyrək sistemini tənzimləyən və işinə kömək edən təsiri
mövcuddur. Təzə meyvə və ya tərəvəzlərlə qarışdırılaraq yeyilən qatıq
meyvələrin C vitamini və mineral təsirləriylə birləşərək böyrək funksiyalarına
müsbət təsir edir.
2. Balqabaq tumu
Sink və dəmir mineralları ilə zəngin olan balqabaq tumu Omeqa 3
təsiri baxımından böyrək xəstəliklərində olduqca faydalıdır. Şəkər tarazlayıcı
və böyrək sistemlərini təmizləyici funksiyanı yerinə yetirir. Bununla yanaşı,
immunitet sistemini gücləndirən və depressiya, xroniki halsızlıq kimi mənfi
hallara müsbət təsir edən daha bir xüsusiyyəti mövcuddur.
3. Balqabaq
Balqabaq xüsusilə böyrək daşı problemlərinə qarşı təsirli bir qidadır.
Balqabağın tərkibində olan kalsium böyrək daşının meydana gəlməsinin qarşısını
alır.
4. Alma
Əsasən qırmızı alma böyrək xəstəliklərinin müalicəsinə kömək edir və
bir çox başqa xəstəliklərə tutulmamaq üçün qoruyucu vəzifəni yerinə yetirir.
Alma böyrəyi təmizləyir və lif tərkibi ilə süzmə əməliyyatını ən yaxşı formada
reallaşdırır. Gündə bir orta ölçülü alma yemək böyrək sağlamlığı üçün
əhəmiyyətlidir.
5. Cəfəri
C vitamini təsiri yüksək olan cəfəri tərkibində olan vitamin və
minerallarla böyrəkləri təmizləmə və işinə dəstək olma baxımından əvəzsizdir.
Tərkibində su olan cəfəri hər səhər yeməyində çiy formada yeyildikdə dəmirin
sorulmasına kömək olur. Cəfərinin enerji verici və lif təsiri yüksəkdir.
Bununla yanaşı, mərkəzi sinir sisteminə də müsbət təsirləri mövcuddur.
6. Gavalı
Bədəndə dəmirin sorulmasına kömək olan gavalı A,
B, C vitaminləri baxımından olduqca zəngindir. Böyrək başda olmaqla, ürək və
xolesterol xəstəliklərinə da yaxşı təsir edir. Maddələr mübadiləsini
sürətləndirir və eyni zamanda əvəzedilməz antioksidantdır.
7. Somon balığı
Omega 3 tərkibli balıq qrupları böyrək
xəstəliklərini müalicə edən gücə malikdir. Tərkibində xəstəliklərdən qoruyan və
böyrəyin rahat formada bütün funksiyaları reallaşdırması üçün lazım olan bütün
minerallar var. Sink və dəmir tərkibi böyrəklərin işləməsinə və xəstəliklərin
yaranmasının qarşısını almağa yardım edir.
8. Düyü
Düyü böyrək xəstəlikləri nəticəsində itirilən
kalorilərin bərpası və xəstəliyin inkişafının qarşısının alınması, insanın
həyat keyfiyyətinin artması baxımından olduqca əhəmiyyətlidir. Düyü şəkər
xəstəliklərində diqqətli yeyilməlidir. Yüksək şəkəri olan böyrək xəstələrində
xəstəliyi mənfi istiqamətdə dəyişdirə bilər. Lakin şəkər normada olduğu zaman
düyü böyrəklərə müsbət təsir edir və müalicəsinə kömək olur.