XƏBƏR
10:37

  Şahmat üzrə dünya çempionu kim olacaq?

Gündəm

Xəbər lenti

Londonda şahmat üzrə dünya çempionu adı uğrunda mübarizə davam edir.


Agyol.az xəbər verir ki,ikinci partiyada ağ fiqurlarla oynayan norveçli Maqnus Karlsen amerikalı Fabiano Karuana ilə heç-heçə edib. Şahmatçılar birinci partiyada da xalı yarı bölmüşdülər. Beləliklə, ilk iki oyunun nəticəsinə görə hesab bərabərdir - 1:1. Üçüncü partiya bazar ertəsi günü oynanılacaq.


Noyabrın 9-dan 28-dək davam etməsi nəzərdə tutulan yarış vaxta klassik üsulla nəzarət edilən 12 partiyadan ibarət olacaq. Hər iki partiyadan sonra bir istirahət günü planlaşdırılır. On iki partiyadan sonra hesab heç-heçə olarsa, tay-brek təyin ediləcək.




  Yayım tarixi :11 Noyabr 2018   10:37

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .