Türkiyə Silahlı Qüvvələri PKK terrorçularına qarşı növbəti
əməliyyat keçirib.
Agyol.az xəbər verir ki,bu barədə
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.
Xəbərdə
bildirilir ki, antiterror əməliyyatı İraqın şimalındakı Kara, Zap və
Avaşin-Basyan bölgələrində təşkil olunub. Əməliyyat zamanı 15 silahlı terrorçu
zərərsizləşdirilib. Onların Türkiyə ərazisində hücumlara hazırlaşdıqları
bildirilir.
Əməliyyat
zamanı həmçinin terrorçuların sığınacağı və döyüş sursatları məhv
edilib.