XƏBƏR
10:33

  Samboçumuz dünya çempionatında gümüş medal qazanıb

Gündəm

Xəbər lenti

Rumıniyanın paytaxtı Buxarestdə sambo üzrə dünya çempionatı davam edir.


Agyol.az xəbər verir ki,çempionatda 80-dən çox ölkədən samboçular iştirak edirlər.


Sambonun 80 illiyi ərəfəsində keçirilən çempionatın ilk günündə 68 kiloqram çəki dərəcəsində çıxış edən Emin Həsənov gümüş medal qazanıb.


Mundialda ölkəmizi 7 samboçu təmsil edir.


Çempionatda nümayəndə heyətimizin tərkibində Azərbaycan Sambo Federasiyasının prezidenti, Avropa Sambo Federasiyasının vitse-prezidenti Ceyhun Məmmədov, Azərbaycan Sambo Federasiyasının vitse-prezidenti Cavid Səbzəliyev və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov iştirak edirlər.


Dünya çempionatı həm də ikinci Avropa Oyunlarina lisenziya xalları verir.




  Yayım tarixi :11 Noyabr 2018   10:33

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .