Ermənistan silahlı qüvvələrinin bölmələri
cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə
sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.
Müdafiə Nazirliyindən Agyol.az a verilən məlumata görə,
Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə,
Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən
Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam
rayonunun Tağıbəyli, Baş Qərvənd, Yusifcanlı, Füzuli rayonunun Qobu Dilağarda,
Qorqan, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və
Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də
ordumuzun mövqeləri atəşə tutulub.