XƏBƏR
10:11

  Yeni gətirilən avtobuslar xəttə buraxıldı

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Bir müddət əvvəl ölkəyə gətirilən yeni avtobuslar artıq fəaliyyətə başlayıb.

Agyol.az-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

O qeyd edib: "Bu gün səhərdən 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçirilir. Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən Binə-Sovxoz qəsəbədaxili marşrutu üzrə avtobuslar da yenilənib".

Qeyd edək ki, bir neçə gün öncə 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən "Ayşən LTD" MMC ilə bağlanan müqaviləyə xitam verilib.

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən, xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar-Trans” MMC-yə həvalə edilib.

 




  Yayım tarixi :10 Noyabr 2018   10:11

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .