XƏBƏR
13:00

  Bazar günü hava əsasən yağmursuz keçəcək

Gündəm

Xəbər lenti

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Agyol.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Səhər saatlarında zəif duman olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9°, gündüz 16-18° isti, Bakıda gecə 7-9°, gündüz 16-18° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti təşkil edəcək.

 




  Yayım tarixi :09 Noyabr 2018   13:00

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .