XƏBƏR
10:07

  “Qarabağ” Ukraynadan qələbə ilə dönür - YENİLƏNİB

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

“Qarabağ” – “Vorskla” oyununun 50-ci dəqiqəsində yerli azarkeşlər meydana pirotexniki vasitələr atıb. Bu səbəbdən  hakimlər görüşü bir neçə dəqiqəlik dayandırmaq məcburiyyətində qalıb.  Oyun bir neçə dəqiqədən sonra davam etdirilsə də, 64-cü dəqiqədə yenidən meydana pirotexniki vasitələr atılıb. Bu dəfə hakim futbolçuları paltardəyişmə otaqlarına yollayıb. Stadiondan tüstü çəkildikdən sonra komandalar meydana qayıdıblar.

İtirilən vaxta görə, hakimlər ikinci hissəyə 12 dəqiqə  əlavə edib.

Oyun “Qarabağ”ın 0:1 hesablı üstünlüyü ilə başa çatıb. Bununla da “Qarabağ” qrupda ilk 3 xalını qazanıb.

 

00:13

 

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində “Qarabağ” – “Vorskla” görüşü başlayıb. Agyol.az xəbər verir ki, Aleksey Butovski adına stadionda keçirilən qarşılaşmanın 13-cü dəqiqəsində hesab açılıb. Rəqibin cərimə meydançasında qapıçının Maksim Medvedevə qarşı kobud oyununu hakim penalti ilə cəzalandırıb.

Penaltini dəqiq yerinə yetirən “Qarabağ”ın oyunçusu Araz Abdullayev Avropa Liqasının bu mövsümündə komandasının ilk qolunu vurub: 0:1

 




  Yayım tarixi :09 Noyabr 2018   10:07

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .