XƏBƏR
21:19

  Azərbaycanla Türk Mədəniyyəti və İrsi Fondu arasında saziş imzalanıb

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Xarici işlər naziri Elmar Məmmədyarov Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.

Agyol.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikası ilə Fond arasında ikitərəfli əməkdaşlıq məsələləri və gələcək əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Fondun prezidenti G.Əfəndiyeva təşkilatın həyata keçirdiyi müxtəlif layihələr və Türk Dünyasının ümumi mədəni dəyərlərinin təbliğinə yönəldilmiş tədbirlər barədə məlumat verib.

Tərəflər həmçinin qardaş təşkilatların fəaliyyətlərini əlaqələndirmək və ümumi məqsədlərə nail olmaq üçün bir-birlərinin səylərini dəstəkləməyin zəruriliyini vurğulayıblar.

Görüşün sonunda xarici işlər naziri E.Məmmədyarov və Fondun prezidenti G.Əfəndiyeva “Azərbaycan Respublikası Hökuməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Yerləşmə Ölkəsi haqqında Saziş"i imzalayıblar.

 




  Yayım tarixi :08 Noyabr 2018   21:19

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .