XƏBƏR
21:06

  Bakı Metropoliteni gələn il 50 yeni vaqon alacaq

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti gələn il 50 yeni və müasir vaqon alacaq.

Agyol.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında qurumun istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.

 Ə.Osmanovun sözlərinə görə, gələn il yeni stansiyanın açılışı ilə bağlı metropolitenin vaqon parkı yenilənəcək: "Alınan 50 vaqondan 20-i, yəni 4 qatar tərkibi yeni xəttə, 6 qatar tərkibli 30 vaqon isə köhnə xətlərə buraxılacaq. Köhnə xətlərdə istismar müddəti başa çatan qatarlar xətdən çıxarılacaq."

Ə.Osmanov bildirib ki, yeni qatarlar Rusiyanın "Metrovaqonmaş" şirkətindən alınıb.

 




  Yayım tarixi :08 Noyabr 2018   21:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .