XƏBƏR
15:54

  Bu gün Səfər ayının sonuncu günüdür

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Agyol.az xəbər verir ki, bu gün Hicri-qəməri təqvimi ilə Səfər ayının sonuncu - 29-cu günüdür.Bununla da Səfər ayı başa çatır, sabah Hicri-qəməri təqvimi ilə Rəb Əvvəl ayının biridir.

Hicri-qəməri təqvimi ilə Məhərrəm ayı sentyabr ayının 11-də, Səfər ayı oktyabrın 11-də başlamışdı.Hicri-qəməri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri keçirilmirdi.

Qeyd edək ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.

 




  Yayım tarixi :08 Noyabr 2018   15:54

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .