XƏBƏR
15:51

  İlham Əliyev 5 sərəncam, 1 fərman imzaladı

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ş.V.Eyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.


Agyol.az xəbər verir ki, sərəncamın mətnini təqdim edir:

1. Bakı Metropoliteninin tikintisində xidmətlərinə görə Şaiq Veyis oğlu Eyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikası Prezidenti Məzahir Nəbiyevə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.


Sərəncamda deyilir:

Bakı Metropoliteninin tikintisində xidmətlərinə görə Məzahir Əbilşah oğlu Nəbiyevə “Əməkdar mühəndis” fəxri adı verilsin.


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı Metropoliteninin bir qrup işçisinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


Sərəncamda deyilir:

Bakı Metropoliteninin tikintisində və istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Abdusəmədov Qurban Əli oğlu

Əmrahov Rasim Zeyqəm oğlu

Mehtiyev Rafail Mehti oğlu

Mirzəliyev Əbülfəz Bağman oğlu

Tahirov Xaləddin Şərif oğlu.

 Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.


Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1832; 2018, № 2, maddə 182, № 3, maddə 420) 9-cu hissəsində ikinci halda “Tərcümə Mərkəzi” sözlərindən əvvəl “Azərbaycan Dövlət” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.


İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.


Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 167 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Nizamnaməsi”nin 5.3-cü bəndinə uyğun olaraq qərara alıram:

1. Aşağıdakı şəxslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvləri təyin edilsinlər:

Abdullayev Kamal Mehdi oğlu

Əbdüləziz bin Osman əl-Tüveycri

Əliyeva Leyla İlham qızı

Əlizadə Akif Ağamehdi oğlu

Əlizadə Firəngiz Əliağa qızı

Koiçiro Matsuuro

Nəcəfov Etibar Əli oğlu

Salahov Tahir Teymur oğlu

Şarovski Aleksandr Yakovleviç

Zabelin Mixail Yuryeviç.

2. “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 noyabr tarixli 877 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, №11, maddə 1479) ləğv edilsin”.


Prezident İlham Əliyev Azərbaycan Respublikasında səhiyyə sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.


Sərəncamda deyilir:

“Səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin olunması sözügedən istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərindəndir.

2004–2017-ci illər ərzində respublika ərazisində 600-dən çox səhiyyə müəssisəsi tikilmiş, əsaslı təmir olunmuş və müasir tibbi avadanlıqla təchiz edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Respublika Talassemiya Mərkəzinin yeni nəsil sekvenləşdirmə sistemi ilə təmin olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 1,8 milyon (bir milyon səkkiz yüz min) manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

 




  Yayım tarixi :08 Noyabr 2018   15:51

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .