XƏBƏR
15:14

  “Hərəyə bir bayraq” adlı aksiya keçirildi

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU
Azərbaycan Kooperasiya Universiteti "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə "Hərəyə bir bayraq" adlı aksiya keçirib.
 
Agyol.az xəbər verir ki, Universitetdən verilən məlumata görə, "Hərəyə bir bayraq" adlı aksiya çərçivəsində Tələbə - Gənclər Təşkilatının fəal üzvləri dərsə gələn tələbələrə və müəllimlərə Müstəqil Azərbaycanın üçrəngli bayrağını təqdim edərək Bayraq Günü münasibətilə təbrik ediblər. 
 
Aksiyanın məqsədi gənclər arasında Dövlət Bayrağımıza olan hörmət və məhəbbət hisslərini daha da yüksəltmək, onların vətənpərvərlik duyğularının daha da möhkəmlənməsinə rəvac yaratmaqdır. 
 
Aksiya Universitetin tələbələri və müəllimləri tərəfindən böyük maraqla qarşılanıb.




  Yayım tarixi :08 Noyabr 2018   15:14

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .