XƏBƏR
14:32

  Dövlət Bayrağı Günü ilə bağlı dənizdə fleşmob təşkil edilib

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşkilatçılığı ilə 9 noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar Dənizkənarı Milli Parkın yaxınlığında yelkənli qayıqların fleşmobu keçirilib.

Agyol.az xəbər verir ki, fleşmobda ASCO-nun “Xəzər” yelkənli idman klubuna məxsus qayıqlar iştirak edib. Üçrəngli bayrağımıza bürünən qayıqlar iki saat ərzində açdıqları yelkənlərlə Xəzərə də özgə bir yaraşıq veriblər.

Yelkənçilərin yaratdığı mənzərəni paytaxt sakinləri böyük maraqla izləyiblər.

Aksiyanın keçirilməsində əsas məqsəd vətənpərvərlik ruhunun yüksəldilməsi, dövlət bayrağına sevgi və hörmətin aşılanmasıdır.

Fleşmobun videoçarxını təqdim edirik.

 




  Yayım tarixi :08 Noyabr 2018   14:32

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .