XƏBƏR
22:27

  Azərbaycan Ordusunda komanda-qərargah hərb oyunları keçiriləcək

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabrın 12-də qoşunların əməliyyat hazırlığı çərçivəsində komanda-qərargah hərb oyunları (KQHO) başlayacaq.


Agyol.az xəbər verir ki, KQHO-nın əsas məqsədi real şəraitdə keçirilən müxtəlif qoşun əməliyyatlarında idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsidir.

Hərb oyunlarına strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanları, qoşun növ və qismləri, eləcə də xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi nəzərdə tutulur.

KQHO-da Ordumuzun sərəncamında olan ən yeni, o cümlədən kosmik texnologiyaların tətbiqi ilə qoşunların fasiləsiz idarəedilməsi, qarşılıqlı fəaliyyət, məlumatların sürətli ötürülməsi və şəraitə uyğun olaraq qərarların dərhal qəbul edilməsi üzrə vərdişlər icra olunacaq.

 




  Yayım tarixi :07 Noyabr 2018   22:27

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .