XƏBƏR
21:52

  Azərbaycan yeni hücum pulemyotun istehsalına başladı

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan 7,62x54 millimetr çaplı HP-7,62 tipli hücum pulemyotunun seriyalı istehsalına başlanılıb.


Agyol.az xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu ilin sentyabrında Azərbaycanda keçirilmiş “ADEX-2018“ üçüncü beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdirilən və iştirakçılar, ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan hücum pulemyotu yerli mütəxəssislər tərəfindən hazırlanıb və sınaqları uğurla başa çatdırılıb.

HP-7,62 tipli hücum pulemyotu qısa məsafəli döyüşdə düşmənin canlı qüvvəsini məhv etmək və atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub.

 




  Yayım tarixi :06 Noyabr 2018   21:52

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .