XƏBƏR
21:43

  "İnter"dən rekord gəlir

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

İtaliyanın "İnter" klubu Çempionlar Liqasının qrup mərhələsinin IV turunda evdə qarşılaşacağı İspaniya "Barselona"sı ilə matçın bilet satışından rekord gəlir əldə edib. Milan təmsilçisi sözügedən oyunun bilet satışından 5.8milyon avro qazanıb. Bu isə İtaliya futbolu üçün rekord göstərici hesab olunur.

"Roma" ötən mövsüm Çempionlar Liqasının yarımfinalında İngiltərə "Liverpul"u ilə matçda bilet satışından 5.2 milyon avro əldə edib. Həmçinin ötən mövsüm "İnter" - "Yuventus" duelində də eyni məbləğ qeydə alınıb.

Qeyd edək ki, bu gün keçiriləcək "İnter" - "Barselona" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 




  Yayım tarixi :06 Noyabr 2018   21:43

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .