XƏBƏR
21:34

  Ərdoğan: "ABŞ-ın İrana qarşı sanksiyaları dünya balansını pozur"

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Ankara ABŞ-ın İrana qarşı sanksiyalarını doğru addım hesab etmir.


Agyol.az
xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə bildirib.

"Sanksiyaların doğru olduğunu düşünmürük. Bu, dünya balansını pozmağa yönəlmiş addımdır, beynəlxalq hüquqa ziddir. Biz imperializm dünyasında yaşamaq istəmirik", - o deyib.

Türkiyə prezidenti əlavə edib ki, Türkiyə İrandan 10 milyard kubmetr qaz alır.

Qeyd edək ki, noyabrın 5-də ABŞ-ın İrana qarşı neft ixracını əhatə edən əlavə sanksiyaları qüvvəyə minib. ABŞ dövlət katibi Mayk Pompeo isə Vaşinqtonun Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyənin neft sanksiyalarından müvəqqəti yayınmasına icazə verdiyini bildirib.

 




  Yayım tarixi :06 Noyabr 2018   21:34

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .