XƏBƏR
15:36

  Dünyanın ən bahalı futbolçusu seçildi

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Fransa millisinin və Paris “Sen-Jermen”in hücumçusu Kilian Mbappe dünyanın ən bahalı oyunçusu seçilib. Bu siyahı CIES Football Observatory analitik şirkəti tərəfindən hazırlanıb.


Agyol.az xəbər verir ki, şirkətə görə 19 yaşlı Mbappe 216,5 milyon avroya qiymətləndirilib. 

İkinci yerdə “Tottenhem”in oyunçusu Harri Keyn (197,3 milyon avro), üçüncü yerdə isə Lionel Messi (170, milyon avro) qərarlaşıb. 

Qeyd edək ki, siyahı tərtib olunarkən CIES Football Observatory şirkətinin analitikləri yaş, mövqe, klub və millidəki çıxışlar, klub və millilərin nailiyyətləri, çempionatların səviyyəsi kimi amilləri nəzərə alırlar.

 




  Yayım tarixi :06 Noyabr 2018   15:36

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .