XƏBƏR
14:18

  Sürücülük vəsiqəsinin rüsumu artırıldı

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə yeni dövlət rüsumu qüvvəyə minib.

 

 

Agyol.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Kollegiyası bununla bağlı "Sürücülük vəsiqəsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də müvafiq dəyişiklik edib.

 

Noyabrın 5-dən qüvvəyə minən qərara əsasən sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə artıq 18 manat deyil, 25 manat məbləğində dövlət rüsumu ödəniləcək.

 

Qeyd edək ki, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 29 iyun 2018-ci il tarixli qanuna əsasən sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumunun məbləği 18 manatdan 25 manata qaldırılıb.

 




  Yayım tarixi :06 Noyabr 2018   14:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .